BleepingComputer xəbər verir ki, "OpenAI" 100, 200 və 500 dollarlıq "ChatGPT Pro" planları, eləcə də "Business Premium" üzrə istifadə limitlərini azaltmayacağını açıqlayıb. Əksinə, şirkət bu planlarda bütün limitləri iki dəfə artırıb.

"ChatGPT" və "Codex"in X sosial şəbəkəsindəki təmsilçisi Tibo dəyişikliklərin dərhal qüvvəyə mindiyini təsdiqləyib. Yeniliklər əsasən uyğun abunələrdə ortaq istifadə limitinə malik olan "ChatGPT Work" və "Codex" xidmətlərinə aiddir.

Tibo istifadəçilərin rəylərini nəzərə aldıqlarını bildirib: "Pro 200 üçün limitləri azaltmayacağıq, Work və Codex istifadəniz eyni qalacaq". Bundan əlavə, şirkət həmişə aktiv olan süni intellekt köməkçiləri "Dots" üçün genişləndirilmiş limitləri hələlik saxlayacağını və onların istifadəsinin əsas limitdən ayrı hesablanacağını açıqlayıb.

Qeyd edək ki, "OpenAI" əvvəlcə oktyabrın 29-dan sonra mövcud "Pro 200" abunəçilərinin limitlərini təxminən 50 faiz azaltmağı planlaşdırırdı, halbuki abunə qiyməti ayda 200 dollar olaraq qalacaqdı. Şirkət hər plan üzrə dəqiq rəqəmsal limitləri açıqlamır.