Engadget xəbər verir ki, "Anthropic" ilkin kütləvi səhm təklifi (IPO) üçün rəsmi müraciət edib. Şirkət bu barədə öz saytında yayımladığı paylaşımda məlumat verib.
Bildirilir ki, "Anthropic" ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) S-1 formasını təqdim edib. Sənəddə şirkətin səhmlərinin "Nasdaq" birjasında "ANT" tikeri ilə listinqə daxil ediləcəyi təsdiqlənib.
Şirkət açıqlayıb ki, satışa çıxarılacaq səhmlərin sayı və qiyməti hələ müəyyənləşdirilməyib. Bununla belə, IPO nəticəsində "Anthropic"in dəyərinin təxminən 2 trilyon dollar ola biləcəyi ehtimal olunur. Səhmlərin birjada debütünün noyabrın ortalarında baş tutması gözlənilir.
Qeyd edək ki, "Anthropic" iyun ayında SEC-ə S-1 formasının ilkin layihəsini təqdim etmişdi. Şirkət "Claude" süni intellekt modelləri ilə tanınır və sahənin ən böyük oyunçularından biri hesab olunur.
Mənbə: Engadget
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





