The Verge "Windows Central"-a istinadən xəbər verir ki, "Microsoft" bütün smart televizorlarda "Copilot" süni intellekt köməkçisinin dəstəyini bu il dayandırmaq qərarına gəlib. Bu funksiya "LG" və "Samsung" televizorlarında əlçatan idi.
Məlumat şirkətlərin rəsmi açıqlamasından deyil, "Windows Central" əməkdaşı Zac Bowdenin "webOS" əsaslı "LG" televizorunda görünən bildirişdən məlum olub. Bildirişdə qeyd olunur ki, funksiya artıq əlçatan deyil və tezliklə işləməyi dayandıra bilər.
Dəqiq tarix göstərilməyib, lakin funksiyanın 2026-cı il ərzində ləğv ediləcəyi və konkret vaxtın "Microsoft"un qrafikindən asılı olduğu bildirilib. Televizorlarda "Copilot" əsasən istifadəçilərlə söhbət edən, ekrandakı məzmunla bağlı suallara cavab verən və film, serial tövsiyə edən köməkçi rolunu oynayırdı.
Qeyd edək ki, "LG" və "Samsung" "Copilot"un televizorlara inteqrasiyasını CES 2025 sərgisində elan etmişdi. Ötən dekabrda "LG" "webOS" yeniləməsi ilə silinə bilməyən "Copilot" qısayolu əlavə etdiyi üçün tənqidlə üzləşmiş, sonradan onun silinməsinə icazə vermişdi. Bu il isə "Microsoft" söhbət, agentlər və kodlaşdırma imkanlarını birləşdirən yeni "Copilot" super tətbiqini təqdim edərək xidməti daha çox biznes və məhsuldarlıq aləti kimi mövqeləndirməyə başlayıb.
Mənbə: The Verge
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





