TechCrunch xəbər verir ki, avtomobil icarəsi platforması "Turo" "Tesla"nın "Full Self-Driving (Supervised)", yəni "FSD" sürücüyə yardım sistemi ilə təchiz olunmuş avtomobilləri xüsusi olaraq qeyd etməyə başlayacaq. Şirkət hansı avtomobillərdə "FSD"nin aktiv olduğunu yoxlamaq üçün birbaşa "Tesla"nın API-sinə qoşulacaq.
Platformada avtomobilini icarəyə verən uyğun sahiblər "FSD"nin bir aylıq pulsuz sınaq versiyasını əldə edəcək. Elanlarda avtomobillər "Self-Driving" kimi təqdim oluna biləcək. İcarəçilərə isə sistemə daim nəzarət etməli və istənilən an idarəetməni öz üzərlərinə götürməyə hazır olmalı olduqları barədə xəbərdarlıq göstəriləcək, həmçinin "Tesla"nın hazırladığı təlimat videosuna baxmaq imkanı yaradılacaq.
"Turo"nun məlumatına görə, "Model 3" və "Model Y" bu il platformada ən populyar avtomobillər sırasında üçüncü və dördüncü yerdədir. Şirkətin rəhbəri Andre Haddad bildirib ki, onların araşdırmasına əsasən amerikalıların 55 faizi, "Z nəsli"nin isə 71 faizi səyahət zamanı sürücüsüz texnologiyaya maraq göstərir.
Qeyd edək ki, "Tesla" ötən həftə dünya üzrə təxminən 1,7 milyon müştərinin "FSD" üçün ödəniş etdiyini açıqlayıb. İndiyədək şirkət 10 milyondan çox avtomobil istehsal edib satıb. Üçüncü rübdə Şimali Amerikada avtomobil alan müştərilərin 75 faizindən çoxu "FSD" abunəsi əldə edib, bu da ikinci rüblə müqayisədə təxminən 20 faiz artım deməkdir. Bununla belə, şirkətin ABŞ-dakı satışları azalmaqdadır.
Mənbə: TechCrunch
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





