Tom's Hardware xəbər verir ki, "Microsoft"-un keçmiş mühəndisi Deyv Plammer (Dave Plummer) köhnə "PDP-11" kompüteri üçün operativ yaddaş lövhəsini sıfırdan hazırlamağa çalışıb. Layihədə ona süni intellekt kömək edib.
Plammer bu ideyaya "PDP-11" üçün bir meqabayt yaddaşın bazar qiymətini gördükdən sonra gəlib. Qiymətin çox yüksək olduğunu görən mühəndis yeni RAM lövhəsini özü yaratmağa qərar verib.
Layihə zamanı o, "ChatGPT" və "EasyEDA" onlayn sxem simulyatorundan istifadə edib. Plammer bildirib ki, əvvəllər bu qədər mürəkkəb layihələrlə məşğul olmayıb.
"PDP-11"-in bir sıra modellərində əsas sistem komponentləri "Q-Bus" lövhələrindən istifadə etdiyi üçün mühəndis yaddaşı ayrıca kart kimi dizayn edib. Daha sonra o, lövhəni sistemin "M8190" prosessorunun yerləşdiyi digər kartla birlikdə arxa paneldə sınaqdan keçirib.
Qeyd edək ki, "PDP-11" 1970-ci ildə istehsal olunub və onun sonrakı modelləri dörd meqabayta qədər yaddaş dəstəkləyə bilirdi. Deyv Plammer "Windows" sistemindəki "Task Manager" və "Windows Pinball" proqramlarının müəllifi kimi tanınır.
Mənbə: Tom's Hardware
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





