9to5Google xəbər verir ki, "Motorola" şirkətinin gələn həftə təqdim olunacaq "Signature 27" flaqman smartfonunun əsas texniki xüsusiyyətləri yeni videoda nümayiş olunub. Cihazı "YouTube" bloqeri Danny Winget öz videosunda yaxından göstərib.
Videoya görə, smartfon "Extreme AMOLED Duo" adlanan 6,8 düymlük ekranla təchiz olunub. Ekran "Tandem OLED" texnologiyasına əsaslanır, 120 Hs yenilənmə tezliyini və "LTPO" dəstəyini təklif edir. Bildirilir ki, ekranın maksimal parlaqlığı 12 000 nitə çatır.

Cihaz "Snapdragon 8 Elite Extreme Gen 6" prosessoru, 16 GB operativ yaddaş və 1 TB-a qədər "UFS 4.1" daxili yaddaşla gələcək. Smartfon "Android 17" əməliyyat sistemi ilə işləyəcək və 7 il ərzində əməliyyat sistemi yeniləmələri alacaq. Kamera blokunda 50 MP-lik "Lytia 910" əsas sensor, 200 MP-lik periskop telefoto, 50 MP-lik ultragenişbucaqlı kamera və hərəkətin çəkilişi üçün ayrıca sensor yer alıb.
Batareyanın tutumu açıqlanmayıb, lakin bloqer onu "böyük" adlandırıb. Soyutma sistemindəki buxar kamerasının isə 40 faiz böyüdüyü bildirilib, ancaq müqayisə obyekti göstərilməyib.

Qeyd edək ki, "Tandem OLED" texnologiyası diod qatlarını üst-üstə yerləşdirməklə kontrastı və parlaqlığı artırır və bundan əvvəl "Apple"ın "MacBook Pro" noutbukunda və 2024-cü ildə çıxan "Honor Magic 6 RSR" smartfonunda istifadə olunub. "Motorola" "Signature 27"nin 5 noyabrda təqdim ediləcəyini təsdiqləyib.
Mənbə: 9to5Google
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





