Tom's Hardware "Reuters"ə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi "Nvidia"nın "Hugging Face" platformasını almasının süni intellekt sahəsində rəqabətə necə təsir edəcəyini araşdırır.

Məlumata görə, nazirlik bu sövdələşmənin "Nvidia"nın rəqibləri üçün bazar mənzərəsini necə dəyişə biləcəyi ilə bağlı sorğular göndərib. Narahatlıqlar arasında rəqabətin məhdudlaşması və müştərilərə təzyiq ehtimalı da var.

"Hugging Face" yeni süni intellekt modellərinin yerləşdirilməsi və sınaqdan keçirilməsi üçün açıq mənbəli platforma təklif edir, eyni zamanda süni intellekt infrastrukturu satır. Ekspertlərin fikrincə, bu alış "Nvidia"ya öz məhsulları üçün əsas yayım kanalını nəzarətə götürmək imkanı verə bilər.

Qeyd edək ki, "Nvidia" "Hugging Face"i almaq barədə sentyabr ayında razılığa gəlib və sövdələşmənin dəyəri təxminən 13 milyard dollar təşkil edir. "Nvidia" süni intellekt üçün prosessorlar bazarında aparıcı şirkətlərdən biri hesab olunur.