GSMArena xəbər verir ki, "WhatsApp" bütün söhbətlərdəki media faylları bir yerdə göstərən media mərkəzini "iOS" əməliyyat sistemi üçün hazırlayır. Funksiya tətbiqin 26.42.10.74 nömrəli beta versiyasının kodunda aşkarlanıb.
Media mərkəzi tətbiqin parametrlər bölməsində yerləşəcək və yalnız istifadəçinin aldığı faylları göstərəcək. Göndərilən fayllar və yox olan media bu bölməyə düşməyəcək. Bölmədə iki tab olacaq: yeni alınan fayllar üçün "New" və bütün media üçün "All media".

İstifadəçilər faylları foto, video və ya link üzrə süzgəcdən keçirə, siyahı və şəbəkə görünüşü arasında keçid edə biləcək. Ürək ikonu ilə yalnız reaksiya verilmiş elementləri görmək mümkün olacaq. Hər faylı başqa söhbətə yönləndirmək, ona reaksiya vermək, ulduzla işarələmək və ya onun göndərildiyi söhbətə keçmək imkanı da olacaq. Axtarış funksiyası isə foto və video başlıqları, eləcə də linklər üzrə işləyəcək.
Funksiya hələ hazırlanma mərhələsindədir və beta testçilər üçün də əlçatan deyil. Onun gələcək yeniləmələrdən birində bəzi testçilərə təqdim olunacağı gözlənilir, lakin bütün istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyi bəlli deyil.
Qeyd edək ki, "WhatsApp" ötən il oxşar media mərkəzini "Mac" və veb versiyası üçün təqdim etmişdi.
Mənbə: GSMArena
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





