The Verge xəbər verir ki, Papa XIV Leo süni intellekt sistemlərinin "tərksilah edilməli" olduğunu bildirib. Onun sözlərinə görə, insanlar bu texnologiyanı istiqamətləndirmək, dəyişmək və zəruri hallarda onun tətbiqindən imtina etmək məsuliyyətini daşıyır.
Cümə günü səsləndirdiyi müraciətində Papa BMT-yə üzv dövlətləri gələn ay Cenevrədə keçiriləcək görüşdə ölümcül avtonom silahların qadağan edilməsi istiqamətində konkret addımlar atmağa çağırıb. O, "Maşınlar şəxs deyil, alətdir" deyərək süni intellekt sistemlərinə hüquq və ya hüquqi şəxs statusu verilməsinin təhlükələrindən xəbərdarlıq edib.
Papa insan həyatına, azadlığına və güc tətbiqinə aid qərarların həmişə effektiv və məsuliyyətli insan nəzarəti altında qalmalı olduğunu vurğulayıb. O, həmçinin beynəlxalq institutları ümumi standartlar, müstəqil nəzarət və aydın hesabatlılıq mexanizmləri yaratmağa səsləyib ki, süni intellektlə bağlı qərarlar araşdırıla və vurulan zərər aradan qaldırıla bilsin.
Qeyd edək ki, Papa XIV Leo may ayında dərc etdiyi ilk böyük ensiklikasında da süni intellekt dövründə insanın qorunması mövzusuna toxunmuşdu. 2024-cü ildə Papa Fransisk də avtonom silahların qadağan edilməsinə çağırmışdı. XIV Leo bu adı seçməsini qismən texnologiyadakı irəliləyişlərlə izah edib: Sənaye inqilabı dövründə kilsəyə XIII Leo rəhbərlik edib.
Mənbə: The Verge
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





