9to5Mac xəbər verir ki, "Apple"in baş icraçı direktoru Con Ternus "WIRED" nəşrindən Stiven Levi ilə müsahibəsində əsas diqqətinin məhsula yönəldiyini bildirib. Müsahibə şirkətin bu həftə "PROLED XDR" ekranlı yeni "MacBook Pro"nu təqdim etməsindən sonra baş tutub.

Ternus genişlənmiş vəzifə öhdəlikləri barədə danışarkən bu işin ona çox yeni şeylər öyrənmək imkanı verdiyini qeyd edib. Lakin o, məhsula qarşı xüsusi həvəsi olduğunu vurğulayıb: "Mən məhsulu sevirəm".

Con Ternus "Apple"in rəhbəri kimi əsas diqqətini bir sözlə ifadə edib
9to5Mac

Süni intellektlə bağlı sualları cavablandırarkən Ternus şirkətin bu texnologiyadan insanların həyatını yaxşılaşdıran məhsullar yaratmaq üçün istifadə edəcəyini deyib. Onun sözlərinə görə, süni intellekt agentləri bir çox işi avtomatlaşdırsa da, məhsul yaratmaq dərin insani və şəxsi prosesdir. Tənzimləmə mövzusunda isə o, "Apple"in əsas məqsədinin məhsulların təhlükəsizliyini və istifadəçi məlumatlarının qorunmasını təmin etmək olduğunu bildirib.

Müsahibədə şirkətin rəhbər şəxsləri Coni Sruci və Qreq Coswiak da Ternusu "məhsul adamı" kimi xarakterizə ediblər. Sruci onun gözəl baş icraçı direktor olacağını söyləyib.

Qeyd edək ki, Con Ternus "Apple"in rəhbərliyinə keçdikdən sonra şirkət bir sıra böyük yeni məhsullar təqdim edib. Ternus bu vəzifəyə gələnədək şirkətdə aparat mühəndisliyi istiqamətinə rəhbərlik edib.