9to5Mac "Financial Times"a istinadən xəbər verir ki, "Apple"ın rəqəmsal musiqi mağazası "iTunes Store" gözlənilmədən yenidən populyarlıq qazanır. Pop ulduzları mağazadan fanatlarına kolleksiya xarakterli buraxılışlar satmaq, yeni auditoriyaya çatmaq və çartlarda mövqelərini yaxşılaşdırmaq üçün istifadə edirlər.
Ötən ay Ariana Qrande son albomu "Petal"ın canlı versiyasını gözlənilmədən yalnız "iTunes"da yayımlayıb. Bundan sonra albom çartda 15-ci yerdən 6-cı yerə yüksəlib. Charli XCX isə "Music, Fashion, Film" albomunun B-tərəf mahnılarını "iTunes" eksklüzivi kimi təqdim edib.
Hesabatda Teylor Svift ən parlaq nümunə kimi göstərilib. Onun "Life of a Showgirl" albomu ABŞ-da ilk həftədə fiziki və rəqəmsal satışlardan strimlərlə müqayisədə daha yaxşı nəticə göstərib. Son illərdə Doja Cat, Summer Walker və Tinashe də "iTunes" eksklüzivləri buraxıblar.
Sənaye ekspertləri bu strategiyanın daha geniş miqyasda nə dərəcədə uğurlu olacağı barədə fərqli fikirdədirlər.
Qeyd edək ki, "Apple" 2019-cu ilin yayında "Mac" üçün "iTunes" tətbiqini dayandıraraq onu ayrıca musiqi, podkast və TV tətbiqləri ilə əvəzləyib. Fevral ayında yayılan məlumata görə, şirkət hələ də "iTunes"u musiqi leyblləri arasında təbliğ edir.
Mənbə: 9to5Mac
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





