GSMArena xəbər verir ki, "Poco" qlobal bazarda "X8" seriyasının yeni modeli olan "X8s" smartfonunu təqdim edib. Cihaz kompakt dizaynı və üç kameralı arxa bloku ilə seçilir.

Smartfon 1.5K ölçülü, 120 Hs yenilənmə tezliyinə malik 6,35 düymlük LTPO AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlığı 3500 nitə çatır, çərçivələrin qalınlığı isə 1,18 mm-dir. Cihaz "Snapdragon 7 Gen 4" prosessoru ilə işləyir, 12 GB-a qədər operativ yaddaş və 512 GB-a qədər daxili yaddaş təklif edir.

"Poco X8s" təqdim edilib: kompakt smartfon "Snapdragon 7 Gen 4" ilə gəlir
GSMArena

Arxa paneldə 50 MP-lik "Light Fusion 800" əsas sensoru, 50 MP-lik telefoto və 8 MP-lik ultragenişbucaqlı kamera yerləşir. Ön kameranın ölçüsü 20 MP-dir. Smartfon 100 Vt naqilli şarj dəstəkləyən 6330 mAh tutumlu batareya ilə gəlir.

Digər xüsusiyyətlər sırasında ultrasəs barmaq izi skaneri, IP68 qoruma standartı, NFC, Wi-Fi 6 və 5G dəstəyi var. Cihaz "Android 16" əsaslı "HyperOS 3" əməliyyat sistemi ilə işləyir və mavi, qara və ağ rənglərdə təklif olunur.

"Poco X8s" təqdim edilib: kompakt smartfon "Snapdragon 7 Gen 4" ilə gəlir
GSMArena

Qeyd edək ki, erkən satış çərçivəsində "Poco X8s"in 8 GB/256 GB versiyası 399 dollara, 12 GB/512 GB versiyası isə 499 dollara satılır.