GSMArena xəbər verir ki, "Redmi" Çində yeni "Redmi K100" smartfonunu rəsmi olaraq təqdim edib. Cihaz 10 000 mAh tutumlu batareya, "Snapdragon 8 Elite" prosessoru və 6,83 düymlük OLED ekranla təchiz olunub.

Ekran 165 Hz yenilənmə tezliyini, "Dolby Vision" texnologiyasını dəstəkləyir və maksimum parlaqlığı 3 200 nitə çatır. Smartfonda ekranaltı ultrasəs barmaq izi skaneri də yer alıb.

"Redmi K100" təqdim edilib: 10 000 mAh batareya və "Snapdragon 8 Elite"
GSMArena

Arxa paneldə optik stabilizasiyalı 50 meqapiksellik "Light Fusion 800" sensoru və 8 meqapiksellik ultragenişbucaqlı kamera quraşdırılıb. Ön kamera isə 20 meqapikseldir. Cihaz IP69K mühafizə standartına, "Wi-Fi 7", NFC, iki 5G dəstəyinə və 100 Vt naqilli sürətli şarj imkanına malikdir.

Smartfon "Android 17" əsasında hazırlanmış "HyperOS 4" əməliyyat sistemi ilə işləyir. Sistemə "Super Xiao AI 2.0" köməkçisi daxil olmaqla bir sıra süni intellekt funksiyaları əlavə edilib.

"Redmi K100" təqdim edilib: 10 000 mAh batareya və "Snapdragon 8 Elite"
GSMArena

Qeyd edək ki, "Redmi K100" üç rəng variantında təklif olunur. 12 GB/256 GB versiyası 3 499 yuan (525 dollar), 12 GB/512 GB versiyası 4 099 yuan (615 dollar), 16 GB/512 GB versiyası isə 4 499 yuan (675 dollar) qiymətə satılır.