GSMArena xəbər verir ki, "vivo" şirkəti "X500" seriyasının növbəti üzvü üzərində işləyir. Tanınmış insayder "Digital Chat Station" "Weibo" platformasında "s" versiyalı kiçik modelin artıq sınaqdan keçirildiyini açıqlayıb.
İnsayderin məlumatına görə, cihazın mühəndis nümunəsi 6,85 düymlük düz ekran, 2K+ təsvir imkanı, 144 Hs yenilənmə tezliyi və dörd tərəfdən eyni enli çərçivələrlə təchiz olunub. Smartfonun "böyük ekranlı universal model" konsepsiyasına uyğun hazırlandığı bildirilib. Model adı çəkilməsə də, onun "vivo X500s" olacağı ehtimal edilir.

Bu məlumat doğrudursa, yeni model mart ayında təqdim olunan "vivo X300s" ilə müqayisədə bir qədər böyük və daha yüksək təsvir imkanlı ekran alacaq. "X300s" 6,78 düymlük, 1260x2800 piksel təsvir imkanlı LTPO AMOLED ekran və 144 Hs yenilənmə tezliyi ilə təchiz olunmuşdu. Yeni ekranın göstəriciləri isə "X500 Pro Max" modeli ilə üst-üstə düşür.
Qeyd edək ki, "vivo X500", "X500 Pro" və "X500 Pro Max" smartfonları Çində debütündən bir aydan çox sonra qlobal bazarda təqdim olunub. "X300s" "X300 Ultra" ilə birlikdə tanıdıldığı üçün "X500s"-in də Çində mart-aprel aylarında çıxacağı gözlənilən "X500 Ultra" ilə eyni vaxtda təqdim oluna biləcəyi ehtimal edilir. Prosessor, kamera və batareya barədə hələlik məlumat yoxdur.
Mənbə: GSMArena
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





