GSMArena xəbər verir ki, "OnePlus" oktyabrın 29-da Çində təqdim edəcəyi "Ace 7" və "Ace 7 Pro" smartfonlarının bütün rəng variantlarını nümayiş etdirib. Hər iki model üç rəngdə satışa çıxarılacaq.

"OnePlus Ace 7" qara, ağ və qradiyent rəng variantlarında təklif olunacaq. "Ace 7 Pro" isə qara, ağ və çin dilindən təxminən "Külək gödəkçəsi" kimi tərcümə olunan üçüncü rəngdə istehsal ediləcək.

Şirkətin məlumatına görə, "Ace 7" modeli "Snapdragon 8 Elite Gen 5V", "Pro" versiyası isə "Snapdragon 8 Elite Gen 5" prosessoru ilə işləyəcək.

Qeyd edək ki, əvvəlki sızmalarda hər iki smartfonun 200 meqapiksellik əsas kamera ilə təchiz olunacağı bildirilib. İddialara görə, "Ace 7 Pro" həmçinin 3,5x optik yaxınlaşdırmaya malik 50 meqapiksellik periskop telefoto kamera alacaq. Hər iki modeldə ekranaltı ultrasəs barmaq izi skanerinin olacağı da gözlənilir.