GSMArena xəbər verir ki, hələ təqdim olunmamış "Motorola Edge 70 Neo" smartfonunun əsas texniki xüsusiyyətləri internetə sızıb. Bundan əvvəl cihazın dizaynı və rəng seçimləri sızan rəsmlərdə görünmüşdü.
Məlumata görə, smartfon 144 Hz yenilənmə tezliyinə malik 6,78 düymlük AMOLED ekranla təchiz olunacaq. Cihazın "Snapdragon 7s Gen 3" prosessoru ilə işləyəcəyi gözlənilir.

Arxa paneldə 50 MP-lik "Sony LYTIA 710" əsas kamera və 2 MP-lik makro sensor yer alacaq, həmçinin işıq sensoru da ola bilər. Ön kamera isə 32 MP olacaq. Smartfonun 45 Vt sürətli şarj dəstəkli 7000 mAh batareya, IP64 qorunma dərəcəsi və hazır "Android 16" əməliyyat sistemi ilə gələcəyi bildirilir.
Sızan məlumatda rəng variantlarının adları da açıqlanıb: Gray Lilac, Mountain View, Milky Blue və Sage. Təqdimat tarixi məlum deyil, lakin cihazın tezliklə satışa çıxacağı gözlənilir.

Qeyd edək ki, "Motorola" avqust ayında təsadüfən "Edge 70 Neo" modelini nümayiş etdirmişdi, həmin ayın sonunda isə smartfonun rəsmləri sızmışdı.
Mənbə: GSMArena
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





