GSMArena xəbər verir ki, "Huawei" Çində "Pura 90" seriyasının yeni üzvü olan "Pura 90 Plus" smartfonunu təqdim edib. Model seriyada "Pura 90" ilə "Pura 90 Pro" arasında yer alır.
Smartfonun əsas kamerası 1 düymlük tipli 50 MP sensor və f/1.4-4.0 dəyişkən diafraqma ilə təchiz olunub. Ona 4x optik yaxınlaşdırmalı 48 MP teleobyektiv qoşulub, bu modul makro çəkiliş üçün də istifadə olunur. Üçüncü kamera 13 mm ekvivalentli 40 MP ultragenişbucaqlı obyektivdir.

Cihaz 2848x1276 piksel ölçülü, 1-120 Hz yenilənmə tezlikli 6,8 düymlük LTPO OLED ekrana malikdir. Ekran ikinci nəsil "Kunlun Glass" ilə qorunur, ön kamera isə 13 MP-dir. Smartfon "Kirin 9020"-nin təkmilləşdirilmiş versiyası olan "Kirin 9025" prosessoru ilə işləyir, şirkət məhsuldarlığın 20 faiz artdığını bildirib.
Model 12 GB operativ yaddaş və 256 GB, 512 GB və ya 1 TB daxili yaddaşla təklif olunur. "HarmonyOS 7" əməliyyat sistemi ilə işləyən smartfon IP68/69 qorunma, peyk rabitəsi, 100 Vt simli və 80 Vt simsiz şarj dəstəkli 5700 mAh batareya alıb.

Qeyd edək ki, "Pura 90 Plus"-ın qiyməti 256 GB versiya üçün 5499 yuandan (825 dollar) başlayır, 1 TB versiya isə 6999 yuana (1050 dollar) satılır. Smartfonun Çində satışı oktyabrın 31-də başlayacaq.
Mənbə: GSMArena
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





