The Verge xəbər verir ki, "The New York Times Company" kino həvəskarları üçün sosial şəbəkə olan "Letterboxd"u təxminən 330 milyon dollara almaq üçün eksklüziv danışıqlar aparır. Bu barədə məlumatı "The New York Times" özü yayıb.

Bundan əvvəl "The New York Times Company", "Sony Pictures Entertainment" və "A24" şirkətlərinin "Letterboxd"un alınmasında maraqlı olduğu barədə şayiələr yayılmışdı.

Məlumata görə, danışıqlarda "Letterboxd"un həmtəsisçilərinin rəhbərlikdə qalması, lakin "The New York Times Company"nin rəhbər şəxslərindən birinə hesabat verməsi müzakirə olunub. Platformanın "yaxın gələcəkdə" müstəqil xidmət kimi fəaliyyətini davam etdirəcəyi, eyni zamanda şirkətin reklam texnologiyalarının inteqrasiya ediləcəyi bildirilir.

"The New York Times"ın sözçüsü Çarli Stadtlander məsələyə münasibət bildirməkdən imtina edib. "Letterboxd" və onun hazırkı ana şirkəti "Tiny Ltd." isə The Verge-in sorğusuna dərhal cavab verməyib.

Qeyd edək ki, "The New York Times Company" son illərdə bir sıra iri alışlar həyata keçirib. Şirkət "Wordle" oyununu yeddirəqəmli məbləğin aşağı həddinə, "Wirecutter"i 30 milyon dollardan bir qədər çox, "The Athletic"i isə 550 milyon dollara alıb.