Engadget xəbər verir ki, "Nintendo"nun "Switch 2" konsolunun satışları 30 sentyabrda başa çatan maliyyə ilinin ilk iki rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 37,4 faiz azalıb. Şirkət bu müddətdə 6,49 milyon konsol satıb: birinci rübdə 3,82 milyon, ikinci rübdə isə 2,67 milyon.
Əvvəlki maliyyə ilinin eyni dövründə "Switch 2" satışları 10,36 milyon ədəd təşkil edib. Bununla belə, konsol 5 iyun 2025-ci ildə satışa çıxıb və şirkət o zaman buraxılışdan sonrakı aylarda yüksək tələb gözləyirdi. "Nintendo" hesabatında yeni oyunların çıxışı sayəsində istifadəçilərin konsolu almağa davam etdiyini bildirib.
Hesabat dövrü aprel ayından başlayır, bundan bir ay sonra isə şirkət qiymətləri artırıb. May ayının əvvəlində "Nintendo" yaddaş xərclərinin bahalaşması və ABŞ-ın tarifləri səbəbindən ABŞ-da "Switch 2"nin qiymətini 50 dollar artıraraq 500 dollara çatdırıb.
Konsol satışlarının azalmasına baxmayaraq, şirkətin xalis mənfəəti ötən illə müqayisədə 11 faiz artıb. Bunu güclü proqram təminatı satışları və son "Super Mario" filminin uğuru təmin edib.
Qeyd edək ki, "Nintendo" cari maliyyə ili üçün 16,5 milyon "Switch 2" satışı proqnozunu dəyişməz saxlayıb. Bu rəqəm ötən il satılan 19,86 milyon ədəddən təxminən 17 faiz azdır. Bu həftə isə "Ocarina of Time" oyununun remeyki satışa çıxıb və o, ilin ən böyük "Switch 2" buraxılışlarından biri sayılır.
Mənbə: Engadget
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





