The Verge xəbər verir ki, "Blue Origin" şirkəti "New Glenn" raketinin növbəti buraxılışını 2027-ci ilin yanvarında həyata keçirməyi planlaşdırır. Məlumatı "CNBC" və "Financial Times" şirkətin baş icraçı direktoru Deyv Limpin işçilərə göndərdiyi məktuba istinadən yayıb.
Yeni qrafik may ayında baş verən partlayışdan sonra müəyyənləşib. Həmin hadisə "Amazon Leo" peyklərini kosmosa çıxarmalı olan uçuşdan əvvəl "New Glenn" buraxılış meydançasına ziyan vurub. Limp bildirib ki, meydançanın bərpa prosesinə pis hava şəraiti də təsir göstərib.
"CNBC"-nin məlumatına görə, yeni buraxılış pəncərəsi şirkətin əvvəlki hədəfindən təxminən 10 gün gecdir. Limp məktubunda bu kiçik dəyişikliyin əldə olunan nailiyyətləri azaltmadığını vurğulayıb və "New Glenn"in yenidən uçuşa qaytarılmasının şirkət üçün əsas prioritet olaraq qaldığını qeyd edib.
Qeyd edək ki, oktyabr ayında "Blue Origin"in qurucusu Ceff Bezos "Fox News"a müsahibəsində şirkətin dekabrda "New Glenn" buraxılışını hədəflədiyini demiş, zarafatla bunun "çox güman ki, 31 dekabr" olacağını bildirmişdi.
Mənbə: The Verge
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





