The Verge xəbər verir ki, "Reddit" platformasının daha bir bölməsində, axtarışda reklam göstərilməsini sınaqdan keçirməyə başlayıb. Yeniləmə ilə reklamlar birbaşa axtarış nəticələrinin arasında yer alacaq.

Şirkətin açıqlamasına görə, reklamlar müxtəlif amillər, o cümlədən axtarış sorğusunun kontekstinə uyğunluq əsasında seçiləcək. Məsələn, "espresso station" axtaran istifadəçiyə espresso maşınları, qəhvə dənələri və ya fincanların reklamı, "home office setup" sorğusunda isə monitor, masa və ofis kreslosu reklamları çıxa bilər.

"Reddit" axtarış nəticələrində reklam göstərilməsini sınaqdan keçirir
The Verge

"Reddit" bildirib ki, yeni axtarış reklamları ilk mərhələdə seçilmiş az sayda reklamverici ilə sınaqdan keçirilir. Hazırda platforma lentlərdə şəkil, video, sponsorlu paylaşım və AMA formatlarında, eləcə də müzakirə başlıqlarının daxilində reklam göstərir.

Qeyd edək ki, "Reddit" son həftələrdə bir sıra dəyişikliklər elan edib: yeni "Following" və "For You" lentləri təqdim olunub, "Old Reddit" versiyasına çıxış məhdudlaşdırılıb. Şirkət həmçinin "Google"un süni intellekt üçün məlumat toplamasının qarşısını almaq məqsədilə platformanı yalnız hesaba daxil olmuş istifadəçilər üçün əlçatan etmək planını açıqlayıb ki, bu da səhmlərinin 29 faiz ucuzlaşmasına təsir göstərib.

"Reddit" axtarış nəticələrində reklam göstərilməsini sınaqdan keçirir
The Verge