Tom's Hardware xəbər verir ki, müstəqil 3D modelləşdirmə icması "Open3DLab" oyun platforması "Roblox" ilə əlaqələndirilən veb-kraulerin onun saytından 145,5 GB məlumat yüklədiyini açıqlayıb.
İcmanın bloq yazısına görə, krauler "Open3DLab" ilə yanaşı, ona bağlı "SFMLab" və "SmutBase" saytlarında da demək olar ki, bütün layihələri xəritələyib. Bu proses zamanı 712 layihəyə aid 1027 faylın tam surəti götürülüb.
"Open3DLab" hesab edir ki, həmin fayllar süni intellekt modellərinin təlimi məqsədilə toplanıb. Mənbənin məlumatına görə, avtomatlaşdırılmış krauler saytın qaydalarını nəzərə almayıb və yüklənən materiallar arasında böyüklər üçün nəzərdə tutulmuş məzmun da olub.
Qeyd edək ki, son illərdə süni intellekt şirkətlərinin təlim məlumatları toplamaq üçün internetdəki məzmunu icazəsiz yükləməsi müəlliflər və onlayn icmalar tərəfindən tez-tez tənqid olunur. "Roblox" istifadəçilərin yaratdığı 3D oyun və məkanlara əsaslanan platformadır.
Mənbə: Tom's Hardware
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





