The Verge xəbər verir ki, "Bethesda" şirkəti "The Elder Scrolls" seriyasının növbəti oyununun adının "The Elder Scrolls VI Sentinel" olacağını rəsmi olaraq təsdiqləyib. Açıqlama "Bethesda Game Studios"un 40 illiyinə həsr olunmuş 10 dəqiqədən qısa videoda edilib.
Studiyanın rəhbəri Todd Howard elanı özü edib və hazırkı anı oyunun adını tam açıqlamaq üçün "mükəmməl vaxt" adlandırıb. Bununla belə, şirkət "Sentinel" haqqında başqa təfərrüat paylaşmayıb. "Xbox Wire" saytında dərc olunan press-relizdə yalnız oyunun loqosunun təsviri yer alıb.
The Verge-ün məlumatına görə, "Sentinel"in hadisələri "The Elder Scrolls" kainatındakı Hammerfell əyalətində cərəyan edəcək. Bu əyalət daha əvvəl "The Elder Scrolls Adventures: Redguard" və "The Elder Scrolls Online" oyunlarında görünüb. Yeni oyunun seriyanın adını daşıyan qədim və sirli artefaktların tarixinə toxunacağı da bildirilir.
Qeyd edək ki, "Bethesda" seriyanın altıncı hissəsinin mövcudluğunu səkkiz ildən çox əvvəl rəsmi olaraq elan etmişdi. The Verge daha əvvəl şirkətin oyunun adını noyabrda, "The Elder Scrolls V: Skyrim"in buraxılışının 15 illiyi ərəfəsində açıqlamağı planlaşdırdığını yazmışdı.
Mənbə: The Verge
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər




