The Verge xəbər verir ki, "Grand Theft Auto VI" oyununu oynamaq istəyənlər konsollarında xeyli boş yaddaş ayırmalı olacaqlar. "Rockstar Games" əvvəlcədən yüklənmə faylının cihazdan asılı olaraq 212 GB-a qədər yer tutacağını təsdiqləyib.
Şirkətin açıqlamasına görə, "PlayStation 5" sahibləri oyunu 10 noyabr gecə yarısından, yerli vaxtla əvvəlcədən yükləyə biləcəklər. "Xbox Series X | S" istifadəçiləri üçün isə bu imkan 10 noyabr saat 00:00-da (GMT) açılacaq.
"Rockstar" oyunçulara yükləməyə mümkün qədər tez başlamaq üçün cihazlarında kifayət qədər boş yer olduğuna əmin olmağı tövsiyə edib. Şirkət həmçinin əvvəlcədən yüklənmə ilə bağlı ətraflı məlumat verən dəstək səhifəsi yayımlayıb.
Qeyd edək ki, "GTA VI" 19 noyabrda 79,99 dollar qiymətə satışa çıxacaq və yalnız rəqəmsal formatda yüklənəcək. Fiziki versiyaların qutusunda isə yalnız aktivləşdirmə kodu olacaq. Bu açıqlama oyunun böyük həcm tutacağı ilə bağlı son şayiələri də təsdiqləyib.
Mənbə: The Verge
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





