GSMArena "SamMobile"ə istinadən xəbər verir ki, "Samsung" gələn il təqdim edəcəyi "Galaxy S27 Pro" və "Galaxy S27 Ultra" smartfonlarında "Privacy Display" funksiyasının təkmilləşdirilmiş versiyasını tətbiq edəcək.
Bu funksiya ilk dəfə bu il təqdim olunan "Galaxy S26 Ultra" modelində yer alıb. Daha əvvəl yayılan şayiələr də "S27" seriyasının yuxarı modellərində bu imkanın olacağını iddia edirdi, yeni hesabat isə həmin məlumatları təsdiqləyib.

Mənbəyə görə, "Galaxy S27 Pro" və "Galaxy S27 Ultra" həm də daha yüksək ekran parlaqlığı ilə fərqlənəcək. Bu, birbaşa günəş işığı altında ekrandakı məlumatların daha rahat oxunmasına imkan verəcək.
Bundan əvvəl "Samsung"un "Galaxy S27" və "Galaxy S27+" modellərini də "Privacy Display" ilə buraxacağı bildirilirdi. Lakin bir neçə hesabatda bunun baş verməyəcəyi qeyd olunub.
Qeyd edək ki, "Galaxy S26 Ultra"nın 12 GB operativ yaddaş və 256 GB daxili yaddaşa malik versiyası hazırda Avropada 989 avrodan, Böyük Britaniyada isə 807,99 funt sterlinqdən satılır.
Mənbə: GSMArena
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





