Tom's Hardware "Reuters"-ə istinadən xəbər verir ki, "Apple" operativ yaddaş (RAM) qiymətlərinin sürətlə artması səbəbindən ciddi xərc təzyiqi ilə üzləşib. Şirkət dekabr rübündə yaddaş üçün daha çox ödəniş edəcəyini gözləyir.

Şirkətin baş icraçı direktoru Con Ternus hazırkı qiymət artımını "görünməmiş" adlandırıb. Məlumata görə, "Apple"-in istehsal xərcləri cəmi bir neçə ay ərzində 33 milyard dollar artıb.

"Apple" indiyədək bu təsiri yumşaltmaq üçün əvvəllər aşağı qiymətə aldığı yaddaş ehtiyatlarından istifadə edib, digər sahələrdə xərcləri azaldıb və bəzi məhsullarının qiymətini qaldırıb.

Qeyd edək ki, dekabr rübü bayram alış-verişi mövsümünü əhatə edir və şirkət üçün ilin ən gəlirli dövrlərindən biri sayılır. Tom's Hardware-in yazdığına görə, artan komponent xərcləri "Apple"-in mənfəət marjasına təkcə bu rübdə deyil, 2027-ci ilədək təsir göstərə bilər.