9to5Mac xəbər verir ki, "Apple"in yeni baş icraçı direktoru Con Ternus ilk rüblük maliyyə hesabatı zəngindəki çıxışına görə tənqid olunub. Şirkət rekord nəticələr açıqlasa da, investorlar zəngdən elə də razı qalmayıb.
Ən sərt tənqid "Bloomberg"dən gəlib. Nəşrin müəllifi Deyv Li 51 yaşlı Ternusun çıxışını "çəkingən" adlandırıb və onun analitiklərin suallarına diqqətlə yazılmış mətnin arxasında gizlənərək cavab verdiyini bildirib. Lini fikrincə, Ternus şirkətin gələcəyi ilə bağlı öz baxışını Uoll-stritə çatdırmaq fürsətini qaçırıb.
Li birjadan əvvəlki ticarətdə səhmlərin ucuzlaşmasının əsasən cari rübdə xərclərin artacağı ilə bağlı ehtiyatlı proqnozla əlaqəli olduğunu da qeyd edib. "Apple" yaddaş xərclərinin artmaqda davam etdiyini, "Siri" süni intellekti üçün məlumat mərkəzlərinin qurulmasının isə operativ yaddaş xərclərini daha da artıracağını açıqlayıb.
"Fortune" nəşri də oxşar fikir bildirib: Ternus bəzi sualları maliyyə direktoru Kevan Parek və əməliyyat direktoru Sabih Xana yönləndirib, əsasən isə hazır marketinq tezislərinə sadiq qalıb. 9to5Mac isə yeni rəhbərin ölçülü, lakin optimist mövqe tutduğunu və tənqidin qəribə göründüyünü yazıb.
Qeyd edək ki, "Apple" maliyyə direktoru və əməliyyat direktorunun bundan sonra hesabat zənglərində iştirak edəcəyini bildirib. Şirkət uzun illərdir belə praktikadan istifadə etmirdi.
Mənbə: 9to5Mac
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər




