GSMArena xəbər verir ki, "Redmi" Çində səs-küysüz şəkildə yeni "Redmi M100 Pro" smartfonunu təqdim edib. Cihaz "MediaTek"in "Dimensity 7300-Ultra" prosessoru ilə işləyir və 12 GB-a qədər LPDDR4X operativ yaddaş, 256 GB UFS 2.2 daxili yaddaşla təchiz olunub.
Smartfon 120 Hz yenilənmə tezliyini dəstəkləyən 6,67 düymlük əyri AMOLED ekran alıb. Ekran "Gorilla Glass Victus 2" şüşəsi ilə qorunur, barmaq izi skaneri isə ekranın altına yerləşdirilib.

Arxa paneldə 50 MP-lik "Sony LYT-600" əsas sensor, 8 MP-lik geniş bucaqlı və 2 MP-lik makro kameradan ibarət üçlü modul var. Ön kamera 20 MP-likdir. Cihaz 45 Vt-lıq simli sürətli enerji yığmanı dəstəkləyən 5500 mAh batareya ilə təchiz olunub, IP68 qorunma, infraqırmızı port, NFC alıb və "HyperOS 3" əməliyyat sistemi ilə işləyir.
Mənbənin qeyd etdiyinə görə, xüsusiyyətləri baxımından "M100 Pro" adı dəyişdirilmiş "Redmi Note 14 Pro" modelinə bənzəyir. Smartfon qara, ağ, mavi və bənövşəyi rənglərdə təklif olunur, yeganə 12/256 GB versiyasının qiyməti 2499 yuandır.

Qeyd edək ki, "Redmi" avqust ayında Çində "Snapdragon 4 Gen 5" prosessoru və 7900 mAh batareyası olan "Redmi M100" modelini təqdim etmişdi.
Mənbə: GSMArena
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





