GSMArena xəbər verir ki, "Xiaomi" şirkəti "Xiaomi 18 Pro" seriyasının bu ayın sonunda qlobal bazarda təqdim olunacağını təsdiqləyib. Şirkət bu barədə sosial şəbəkədəki paylaşımında məlumat verib.
Bundan əvvəl smartfonlar İtaliyanın "Epto" pərakəndə satış şirkətinin onlayn mağazasında görünüb. Siyahılara əsasən, "Xiaomi 18 Pro" modelinin 12 GB/256 GB versiyası 1398,90 avrodan başlayacaq. "Xiaomi 18 Pro Max" isə yalnız 12 GB/512 GB konfiqurasiyada, 1783,90 avroya satışa çıxarılacaq.

Siyahılar qlobal versiyaların Çin variantlarından daha kiçik batareya ilə təchiz olunacağını göstərir. "Xiaomi 18 Pro" modelində 7000 mAh əvəzinə 6000 mAh, "Xiaomi 18 Pro Max" modelində isə 8500 mAh əvəzinə 7050 mAh tutumlu batareya qeyd olunub. Digər texniki göstəricilər əsasən dəyişməz qalıb.
Hər iki smartfon qara, ağ və "Velvet Red" adlı tünd qırmızı olmaqla üç rəng variantında təklif ediləcək.

Qeyd edək ki, "Xiaomi 18 Pro" və "Xiaomi 18 Pro Max" sentyabr ayında Çində təqdim olunub, şirkət isə daha sonra onların qlobal bazara çıxarılacağını təsdiqləyib.
Mənbə: GSMArena
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





