Tom's Hardware xəbər verir ki, "NASA"-nın "Voyager 1" kosmik zondu 17 gündən sonra Yerdən bir işıq günü məsafəyə çatacaq. Agentliyin məlumatına görə, bu hadisə 18 noyabr 2026-cı il, Nyu-York vaxtı ilə saat 05:16:07-də baş verəcək.
Beləliklə, "Voyager 1" tarixdə bu məsafəyə çatan ilk insan yapımı obyekt olacaq. "NASA" tarixi anı qeyd etmək üçün xüsusi geri sayım saatı da yerləşdirib.
Bir işıq günü zaman deyil, işığın 24 saat ərzində qət etdiyi məsafədir. İşıq saniyədə təxminən 300 min kilometr sürətlə hərəkət etdiyindən bu, təqribən 26 milyard kilometr və ya 16 milyard mil deməkdir. Müqayisə üçün, Ay Yerdən 384 400 kilometr, Günəş isə 149,6 milyon kilometr uzaqlıqdadır.
Qeyd edək ki, "Voyager 1" əslində Yupiter və Saturnu müşahidə etmək üçün beşillik missiyaya hesablanmışdı. Lakin zond təxminən 49 ildir fəaliyyətini davam etdirir və bu, nəzərdə tutulan müddətdən təxminən on dəfə çoxdur.
Mənbə: Tom's Hardware
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





