9to5Mac "Bloomberg"un əməkdaşı Mark Qurmana istinadən xəbər verir ki, "Apple" gələn ilin birinci yarısında üç yeni planşet təqdim etməyi planlaşdırır. Bunlar yeni "iPad Air", baza "iPad" və "iPad Pro" modelləridir.
Məlumata görə, "iPad Air" OLED ekran alacaq. Ekranın yenilənmə tezliyinin 60 Hz olaraq qalacağı, "Touch ID"-nin isə "Face ID" ilə əvəz olunmayacağı ehtimal edilir. Nəşr cihazda "M4" əvəzinə "M5" çipinin istifadə oluna biləcəyini və 11 düymlük baza versiyanın qiymətinin təxminən 799-899 dollar ola biləcəyini yazır.

Baza "iPad" 2025-ci ilin əvvəlindən bəri ilk dəfə yenilənəcək. Planşet "A19" çipi və 8 GB operativ yaddaş alacaq ki, bu da "Apple Intelligence" funksiyalarını dəstəkləməyə imkan verəcək. Cihazda həmçinin şəbəkə performansını artırmaq üçün "N1" çipi və "C1X" modemi olacaq. Dizayn və ekranda dəyişiklik gözlənilmir.
"iPad Pro" modelində isə buxar kamerası əsaslı soyutma sistemi tətbiq olunacaq. Şirkət bu həlli ötən il "iPhone 17 Pro" smartfonunda istifadə etməyə başlayıb. Planşetin "M6" və ya "M7" çipi ilə təchiz olunacağı bildirilir.

Qeyd edək ki, "Apple" bu həftə OLED ekranlı yenilənmiş "iPad mini"ni təqdim edib. Hazırda "iPad Pro"nun 11 düymlük versiyası 1199 dollardan, 13 düymlük versiyası isə 1499 dollardan satılır.
Mənbə: 9to5Mac
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





