9to5Mac xəbər verir ki, "Apple"ın baş direktoru Con Ternus şirkətin rüblük maliyyə hesabatının təqdimatında "Siri AI" assistentinin gələcəyi ilə bağlı suallara cavab verib. O, bu yaxınlarda istifadəyə verilən versiyanın yalnız başlanğıc olduğunu vurğulayıb.

Ternus assistentin imkanlarını sadalayaraq qeyd edib ki, şirkət bu yenilikləri təqdim etməkdən məmnundur və "hələ etməyi planlaşdırdığımız çox şey var". Mənbəyə görə, bu, "Apple"ın "Siri AI"nı uzun müddət dəyişməz saxlamaq niyyətində olmadığını göstərir. Ötən həftə çıxan "iOS 27.2" yeniləməsi də assistentin sürətlə təkmilləşdirildiyini nümayiş etdirib.

Con Ternus "Siri AI" ilə bağlı yeni planlardan danışıb: agent funksiyalarına işarə edilib
9to5Mac

Baş direktorun sözlərinə görə, "Siri AI" hazırda əsasən sorğu əsaslı işləyir, lakin müasir orkestrator əsaslı arxitektura üzərində qurulub və bu, zamanla imkanların genişləndirilməsinə şərait yaradır. Ternus agent funksiyalarını istifadəçilər üçün perspektivli alətlər adlandırıb, eyni zamanda onların təhlükəsizlik və məxfiliyi qoruyan şəkildə tətbiq olunmalı olduğunu bildirib.

Xidmətlər sahəsində artım imkanlarından danışarkən Ternus süni intellektin də yeni gəlir mənbəyinə çevriləcəyini deyib. Bu, şirkətin bəzi "Siri AI" və "Apple Intelligence" funksiyalarında genişləndirilmiş istifadə limitləri üçün ödəniş tətbiq etmək niyyəti ilə əlaqələndirilir.

Con Ternus "Siri AI" ilə bağlı yeni planlardan danışıb: agent funksiyalarına işarə edilib
9to5Mac

Qeyd edək ki, "Siri" uzun illər ərzində ciddi yeniliklər almadığı üçün tənqid olunub. "Apple" assistentin yeni arxitekturası barədə ilk dəfə "WWDC" konfransında məlumat verib.