9to5Mac xəbər verir ki, "Apple" yeni "M6" çipi ilə işləyən 14 düymlük "MacBook Pro" noutbukunu təqdim edib. Cihaz şirkətin "M6" prosessorlu yeni "iMac" kompüteri ilə birlikdə tanıdılıb.

Şirkətin açıqlamasına görə, "M6" 12 nüvəli mərkəzi prosessora malikdir. 12 nüvəli qrafik prosessor "M5" ilə müqayisədə 30 faizədək, ikiqat 16 nüvəli "Neural Engine" isə 1,9 dəfəyədək daha sürətlidir. Böyük dil modellərində sorğuların emalı əvvəlki "M5" modelinə nisbətən 1,3 dəfəyədək sürətlənib.

Yeni model "Wi-Fi 7" və "Bluetooth 6" dəstəyi alıb. Noutbukda HDMI, "MagSafe 3", üç "Thunderbolt 4" portu, SD kart yuvası, qulaqlıq çıxışı və 12 meqapiksellik "Center Stage" kamerası var. Uyğun adapterlə cihaz 30 dəqiqəyə 50 faizədək şarj olunur.

"M6" prosessorlu "MacBook Pro" 16 GB birləşdirilmiş yaddaş və 1 TB daxili yaddaşla 1 999 dollardan satılacaq. İlkin sifarişlər oktyabrın 28-də başlayacaq, ilk çatdırılmalar isə noyabrın 6-da gözlənilir. Model gümüşü və "space black" rənglərində təklif olunur.

Qeyd edək ki, yeni model "Apple"ın xəttindəki baza "MacBook Pro" olaraq "M5" çipli versiyanı əvəz edir. Şirkət hələlik "M5 Pro" və "M5 Max" modellərini satmağa davam edir, şayiələrə görə isə həmin modellər tezliklə OLED sensorlu ekranla yenilənə bilər.