GSMArena xəbər verir ki, "Oppo" şirkəti 12 000 mAh tutumlu batareyaya malik smartfon təqdim etməyə hazırlaşa bilər. Şirkətin yeni cihazı Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin (MIIT) sertifikatını alıb.

Məlumata görə, sertifikat PNC110 model nömrəli "Oppo" smartfonuna verilib. Sənəddə 12 000 mAh rəqəmi birbaşa göstərilməsə də, metaməlumatlarda cihazın 11 460 mAh tutumlu batareya ilə təchiz olunduğu bildirilib. Bu göstəricinin satışda 12 000 mAh kimi təqdim olunacağı ehtimal edilir.

"Oppo" 12 000 mAh batareyalı smartfon hazırlayır: model sertifikat alıb
GSMArena

Sertifikatda smartfon haqqında başqa təfərrüat yer almayıb. Yalnız cihazın iki SIM-kartla 5G şəbəkəsini dəstəklədiyi məlum olub.

Qeyd edək ki, yeni model "Oppo"nun A seriyasına aid ola bilər. Şirkət bu yaxınlarda 10 000 mAh batareyalı "A7 Pro Max" smartfonunu təqdim edib. Cihaz barədə ətraflı məlumatın sonradan açıqlanacağı gözlənilir.

"Oppo" 12 000 mAh batareyalı smartfon hazırlayır: model sertifikat alıb
GSMArena