GSMArena xəbər verir ki, "Oppo" şirkətinin yeni "Reno17" seriyasına aid smartfonların əsas xüsusiyyətləri, rəng seçimləri və konfiqurasiyaları təqdimatdan əvvəl internetə sızıb. Məlumatı "Weibo" platformasında "Digital Chat Station" ləqəbli insayder paylaşıb, daha sonra paylaşım redaktə olunub.
İnsayderin sözlərinə görə, seriyanın hər iki modeli 50 MP-lik periskop telefoto kamera ilə təchiz olunacaq. Standart "Reno17" modelinin 6,5 düymlük ekran, "Snapdragon 7 Gen 4" prosessoru və 8000 mAh tutumlu batareya ilə gələcəyi iddia edilir.

"Reno17 Pro" isə 6,3 düymlük ekran və 7200 mAh tutumlu batareya ilə təqdim olunacaq. Bu modelin "MediaTek Dimensity 8550" prosessoru ilə işləyəcəyi bildirilir.
Məlumata görə, hər iki smartfon 12 GB-a qədər operativ yaddaş və 512 GB-a qədər daxili yaddaşla satışa çıxacaq. Rəng seçimləri arasında "First Snow White", "Ice Moon White", "Cocoa Brown", "Starlight Pink" və "Adventure Meow" adlanan variantlar olacaq.
Qeyd edək ki, "Oppo" bu yaxınlarda "Reno17" seriyasının bu ay Çində təqdim ediləcəyini rəsmi olaraq təsdiqləyib. Yeni seriya şirkətin "Reno16" və "Reno16 Pro" modellərinin davamçısı olacaq.
Mənbə: GSMArena
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





