9to5Mac xəbər verir ki, "Apple" "iOS 27.3" əməliyyat sisteminin ilk beta versiyasını təqdim edib. Yeniləmədəki əsas yeniliklərdən biri "iPhone Duo" üçün hazırlanmış yenilənmiş "StandBy" rejiminin digər "iPhone" modellərinə də gəlməsidir.
"iPhone Duo" təqdim olunanda yeni saat üzlükləri və geniş fərdiləşdirmə imkanları olan "StandBy" bu smartfonun eksklüziv funksiyası kimi tanıdılıb. Digər modellərin istifadəçiləri isə indiyədək yalnız saat, vidjet və foto görünüşlərindən ibarət ilkin versiyadan istifadə edə bilirdi.

"iOS 27.3" ilə yenilənmiş analoq və rəqəmsal saat üzlükləri rəng və əlavə məlumat elementlərinin fərdiləşdirilməsi imkanı ilə digər "iPhone"lara da gəlir. Bundan əlavə, yeni "Təqvim" və "Hava" üzlükləri əlavə olunub, foto üzlüyünə isə paylaşılan albomlar dəstəyi gəlib. Beləliklə, istifadəçilər "StandBy" rejimində hansı paylaşılan fotoların görünəcəyini seçə biləcək.
"iPhone 11" və daha yeni modellərin sahibləri eyni üzlüyün bir neçə versiyasını yaradıb, hər birini ayrıca fərdiləşdirə və onlar arasında sürüşdürərək keçid edə biləcək. "iOS 27.3" yeniləməsinin dekabrda yayımlanacağı gözlənilir.
Qeyd edək ki, "StandBy" rejimi ilk dəfə "iOS 17" ilə təqdim olunub. Bu rejim şarj zamanı üfüqi vəziyyətdə qoyulan "iPhone"u ağıllı ekrana çevirir.
Mənbə: 9to5Mac
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər




