GSMArena xəbər verir ki, "Weibo" platformasında paylaşım edən insayder "Huawei"nin "Mate 80 Air" smartfonunun gələn ay təqdim olunacağını iddia edib. Cihaz bir il əvvəl çıxan "Mate 70 Air" modelinin davamçısı olacaq.
Həmin mənbəyə görə, "MatePad Mini 2" planşeti smartfonla birlikdə təqdim edilməyəcək. Buna baxmayaraq, planşetin də dekabrda satışa çıxa biləcəyi bildirilir. Əvvəlki şayiələrdə onun bu ay təqdim olunacağı deyilirdi. Planşetin ilk gündən "HarmonyOS 7" əməliyyat sistemi ilə işləyəcəyi gözlənilir.

Başqa bir insayder bir neçə gün əvvəl "Mate" seriyasının yeni "Air" modelinin yaxın iki ay ərzində çıxacağını, minimum 12 GB operativ yaddaşla təklif ediləcəyini və sələfinin dairəvi kamera blokunu saxlayacağını açıqlayıb. Daha əvvəlki sızmaya əsasən, yeni modeldə 3D üz tanıma funksiyası olmayacaq.
Smartfonun "Kirin 9030" prosessoru və əyri ekranla təchiz ediləcəyi gözlənilir. Bəzi şayiələrə görə, yeni model sələfindən daha nazik ola bilər, lakin bu hələ təsdiqlənməyib.
Qeyd edək ki, "Huawei" təxminən bir il əvvəl "Mate 70 Air" modeli ilə nazik smartfonlar seqmentinə daxil olub. Həmin cihazın qalınlığı 6,6 mm təşkil edir və bu, onun əsas üstünlüklərindən biri hesab olunur.
Mənbə: GSMArena
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





