Ars Technica xəbər verir ki, "Warner Bros." studiyası "Dune: Part Three" filminin son treylerini təqdim edib. Film Frank Herbertin "Dune Messiah" romanına əsaslanır və 2026-cı il dekabrın 18-də kinoteatrlarda nümayiş olunacaq.
Rejissor Deni Vilnevin sözlərinə görə, hadisələr ikinci hissənin sonundan təxminən 17 il sonra cərəyan edir. Rəsmi sinopsisə əsasən, imperiyanı ələ keçirən Pol Atreides artıq amansız imperatora çevrilib və hakimiyyətinin nəticələri ilə üzləşməli olur. Ona qarşı sui-qəsd planı hazırlanır, bu sirli hadisələrin mərkəzində isə Çani dayanır.
Baş rolda yenidən Timote Şalame çəkilib, Zendaya, Florens Pyu və Rebekka Ferqyuson da rollarına qayıdıb. Cos Brolin Qurni Hallek, Xavyer Bardem Stilqar, Ceyson Momoa isə Dunkan Aydaho/Hayt obrazlarını yenidən canlandırıb.
Aktyor heyətinə Polun bacısı Aliya rolunda Anya Teylor-Coy, Polu taxtdan salmağa çalışan Skaytale rolunda Robert Pattinson, Farok rolunda İsaak de Bankole qoşulub. Pol və Çaninin övladları Leto II və Qanima Atreides rollarını Nakoa-Vulf Momoa və İda Bruk ifa edir.
Qeyd edək ki, "Dune: Part Three" eyni gündə ekranlara çıxacaq "Avengers: Doomsday" filmi ilə birbaşa rəqabət aparacaq.
Mənbə: Ars Technica
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





