GSMArena xəbər verir ki, "Samsung" yuxu apnoesi riskini aşkarlayan funksiyanın yenilənmiş versiyasını ABŞ-da istifadəyə verib. Funksiya "Galaxy Ring" ağıllı üzüyündə də əlçatandır. Şirkətin sözlərinə görə, bu, FDA-nın təsdiqini almış, reseptsiz yuxu apnoesi riski aşkarlama funksiyasına malik ilk ağıllı üzükdür.
Funksiyanın ilkin versiyası yalnız orta və ağır dərəcəli yuxu apnoesi əlamətlərinin olub-olmadığını göstərirdi. Yeni versiya isə yuxu zamanı həyati göstəriciləri daha dərindən təhlil edir və aşkarlanan tənəffüs pozuntularının səviyyəsi barədə məlumat verir. Bu, istifadəçiyə həkimlə daha faydalı söhbət aparmağa kömək edə bilər.

Ağıllı saatlar arasında funksiya "Wear OS 7.0" və daha yeni versiyada işləyən "Galaxy Watch9"da mövcuddur. "Galaxy Watch7" və "Galaxy Watch8" onu gələcək proqram təminatı yeniləmələri ilə alacaq. Maraqlıdır ki, Koreyadakı siyahıda yer alan "Galaxy Watch Ultra2" bu dəfə qeyd olunmayıb.
Funksiya "Samsung Health Monitor" tətbiqində yerləşir və uyğun "Galaxy" smartfonu tələb edir. O, 18 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub və nəticə almaq üçün 10 gün ərzində iki gecəlik etibarlı məlumat lazımdır. Funksiya artıq diaqnoz qoyulmuş şəxslər üçün deyil və həkim diaqnozunu əvəz etmir.
Qeyd edək ki, funksiyanın ilkin versiyası 2024-cü ilin fevralında FDA-dan De Novo icazəsi alıb. Yenilənmiş versiya isə iyulda ABŞ-da FDA-nın təsdiqini, keçən həftə isə Koreyada icazə alıb.
Mənbə: GSMArena
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





