GSMArena xəbər verir ki, "Oppo" şirkəti "Find X10" seriyasını Hindistanda ayrıca tədbirdə təqdim edib. Tədbirdə smartfonlarla yanaşı "Oppo Pad Mini" planşeti və "Oppo Enco X4" simsiz qulaqlıqları da nümayiş olunub.
Seriyanın flaqmanı olan "Find X10 Pro Max" Hindistanda 8000 mAh tutumlu batareya ilə satılacaq. Avropa versiyasında isə batareyanın tutumu 7150 mAh ilə məhdudlaşdırılıb. Model yalnız 12/512 GB konfiqurasiyada təklif olunur və qiyməti 200 000 rupidir. Smartfon 29 oktyabrdan iki rəngdə satışa çıxacaq.

Standart "Find X10" isə 12/256 GB və 12/512 GB versiyalarda müvafiq olaraq 140 000 və 170 000 rupiyə satılır. Köhnə telefonu təhvil verən alıcılar 55 950 rupiyədək güzəşt və 8000 rupiyədək əlavə bonus əldə edə bilərlər. Bundan əlavə, alıcılara "Oppo Enco Air5 Pro" qulaqlıqları və maqnitli qabdan ibarət 8998 rupi dəyərində hədiyyə qutusu verilir.
"Oppo Pad Mini" planşetinin 8/256 GB versiyası 95 000 rupiyə, "Oppo Enco X4" qulaqlıqları isə 19 000 rupiyə öncədən sifarişə açılıb. Hər iki smartfon üçün teleçevirici dəsti də təklif olunur və onun qiyməti 25 000 rupidir.

Qeyd edək ki, "Oppo" "Find X10" seriyasının qlobal təqdimatına bir gün əvvəl başlayıb. Avropada "Find X10 Pro Max" 1699 avro, standart "Find X10" isə 1199 avrodan satılır.
Mənbə: GSMArena
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





