GSMArena xəbər verir ki, "Weibo" platformasında bir insayder "OnePlus Turbo 7" smartfonu haqqında ilk məlumatları paylaşıb. İddiaya görə, cihaz hələ təkmilləşdirilməkdə olan "Snapdragon 8 Gen 6" prosessoru ilə işləyəcək və "OnePlus" bu çiplə ilk smartfon buraxan şirkətlərdən biri olmağa çalışır.
Məlumata görə, "Turbo 7" 200 meqapiksellik əsas kamera və 185 Hz yenilənmə tezliyinə malik ekranla təchiz olunacaq. Sistem səviyyəsində tezlik 165 Hz olacaq. Smartfonun şüşə korpusu olacağı, lakin periskop telefoto kamerası olmayacağı bildirilir. İnsayderin sözlərinə görə, cihaz ilin sonuna qədər təqdim ediləcək.

Bu göstəricilər "OnePlus 16", həmçinin keçən həftə Çində soyuducu ventilyator və 185 Hz ekranla təqdim olunan "Ace 7" və "Ace 7 Pro" modelləri ilə eynidir. Yanvarda Çində təqdim edilən "Turbo 6" isə "Snapdragon 8s Gen 4" prosessoru, 165 Hz ekran və 50 meqapiksellik əsas kamera ilə gəlir.
Qeyd edək ki, "Snapdragon 8 Gen 6" hələ rəsmi elan olunmayıb və əvvəlki sızmalara görə, çip "Snapdragon 8 Gen 5 Pro" adlana bilər. Oktyabrın sonunda "Digital Chat Station" ilin sonuna yaxın bu prosessorla, 6,78 düymlük 1.5K 185 Hz ekran, 200 MP kamera və ən azı 9000 mAh batareya ilə "OnePlus Turbo Pro" smartfonunun çıxacağını bildirmişdi. Hər iki sızmanın eyni cihaza aid olması mümkündür.
Mənbə: GSMArena
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





