9to5Mac xəbər verir ki, "Apple" oktyabrın 28-də Los-Ancelesdə xüsusi tədbir keçirəcəyini rəsmən elan edib. Təqdimat Sakit okean vaxtı ilə saat 10:00-da başlayacaq, tədbirin şüarı isə "Pro and tell" seçilib.

Dəvətnamə mətbuat nümayəndələrinə göndərilib, şirkətin rəhbər şəxslərindən Qreq Covyak da onu sosial şəbəkədə paylaşıb. Bu, "Apple"ın oktyabr ayında keçirdiyi ikinci tədbir olacaq.

"Apple" oktyabrın 28-də yeni təqdimat keçirəcəyini açıqlayıb
9to5Mac

"Bloomberg" jurnalisti Mark Qurmanın məlumatına görə, tədbirin əsas yeniliyi sensor ekranlı və OLED displeyli 14 və 16 düymlük "MacBook Pro" modelləri olacaq. Gözlənilir ki, onlar ilk dəfə "Dynamic Island" ilə təchiz ediləcək, hazırkı modellərdən xeyli yüngül olacaq və "M5 Pro" və "M5 Max" prosessorları ilə işləyəcək.

Bundan əlavə, OLED ekranlı, yenilənmiş dinamik sistemi və yeri dəyişdirilmiş "FaceTime" kamerası olan "iPad mini" təqdim oluna bilər. "M6" prosessorlu yeni "iMac" və başlanğıc səviyyəli 14 düymlük "MacBook Pro"nun isə xarici görünüşcə mövcud versiyalara bənzəyəcəyi bildirilir.

"Apple" oktyabrın 28-də yeni təqdimat keçirəcəyini açıqlayıb
9to5Mac

Qeyd edək ki, "Apple" oktyabrın 13-də Nyu-Yorkda "Welcome home" adlı tədbir keçirib. Həmin təqdimatda "HomeView" ağıllı displeyi, "HomePod mini 2" və yeni "Apple TV 4K" nümayiş olunub.