GSMArena xəbər verir ki, "Apple"ın qatlanan "iPhone Duo" smartfonuna ilkin sifariş verən istifadəçilərin bir qismi üçün çatdırılma tarixləri irəli çəkilib. Bundan əvvəl yüksək tələb səbəbindən dünya üzrə çatdırılma müddəti 22 yanvara qədər uzanmışdı.

"Gizmodo" əməkdaşı Rey Vonqun sözlərinə görə, Yaponiyadan olan bir çox "X" istifadəçisi noyabr-dekabr üçün nəzərdə tutulmuş çatdırılmanın 23 oktyabra, yəni cihazın rəsmi satış tarixinə keçirildiyini görüb. "Reddit" platformasında da oxşar hallar paylaşılıb: bir istifadəçinin sifarişi 2-9 dekabrdan 17-24 noyabra, digərlərinin isə 25 yanvardan 24 noyabra və ya 16-23 noyabra keçirilib.

"iPhone Duo" sifarişçilərinin bir qismi smartfonu gözləniləndən tez ala bilər
GSMArena

Lakin bu, hamıya aid deyil. Bəzi istifadəçilər üçün tarix dəyişməyib, bir nəfər isə çatdırılmanın 30 noyabrdan 7 dekabra təxirə salındığını bildirib.

"Apple"ın onlayn mağazası hazırda yenə də 22 yanvar tarixini göstərir. ABŞ operatorlarında isə vəziyyət fərqlidir: "AT&T" 3 dekabr, "Verizon" 4 dekabr, "T-Mobile" isə 29 dekabr - 6 yanvar tarixlərini göstərir.

Qeyd edək ki, "iPhone Duo" "Apple"ın ilk qatlanan smartfonudur və qutuda yalnız USB-C kabeli ilə gəlir. Tarixlərin dəyişməsinin səbəbi açıqlanmayıb: bu, istehsalın artırılması və ya ilkin sifariş axınının gözləniləndən az olması ilə bağlı ola bilər.