BleepingComputer xəbər verir ki, fintex şirkəti "Revolut" dünya miqyasında xidmətlərinin böyük hissəsini iflic edən geniş nasazlığı aradan qaldırmağa çalışır. Problem çərşənbə axşamı səhər saatlarından başlayıb.
Hadisə başlayandan bəri on minlərlə istifadəçi "Revolut" tətbiqi, mobil bankçılıq xidmətləri və hesablar arasında pul köçürmələri ilə bağlı problemlər barədə məlumat verib.

Şirkət açıqlamasında bir neçə xidmətdə fasilə yarandığını təsdiqləyib və müştərilərin pulunun və məlumatlarının təhlükəsiz olduğunu bildirib. "Revolut" problemi aşkarladığı andan onun həlli üzərində işlədiyini qeyd edərək istifadəçilərdən üzr istəyib.
Şirkətin rəsmi status səhifəsinə görə, nasazlıq 28 xidmətə təsir edib. Onların arasında hesaba giriş, kartla ödənişlər, köçürmələr, valyuta mübadiləsi, səhm ticarəti və canlı dəstək çatı var. Bu xidmətlər qismən əlçatmaz kimi qeyd olunub.
Qeyd edək ki, "Revolut" ötən ay dövlət qurumu adından çıxış edən fırıldaqçı ilə naməlum sayda müştərinin şəxsi məlumatlarını paylaşdığını açıqlamışdı. 2022-ci ilin sentyabrında isə şirkətdə baş verən məlumat sızması nəticəsində 50 mindən çox müştərinin məlumatları oğurlanmışdı. "Revolut" 160-dan çox ölkə və regionda 80 milyondan artıq müştəriyə, o cümlədən 800 min biznes müştərisinə xidmət göstərir.
Mənbə: BleepingComputer
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





