TechCrunch "The Wall Street Journal"a istinadən xəbər verir ki, "SpaceX" Ukrayna ordusunun "Starlink" internet sisteminin hərbi versiyası olan "Starshield"dən istifadəsinə tətbiq etdiyi məhdudiyyətləri götürüb.
Məlumata görə, Ukraynanın müdafiə naziri Yevgeni Xmara jurnalistlərə bildirib ki, "Starshield" yenidən normal işləyir. Bununla belə, ordu hələ də sınaqlar aparır və məhdudiyyətlərin səbəbi barədə heç bir izahat almayıb.
Bundan əvvəl 10 gün ərzində saatda təxminən 100 mil sürətlə uçan Ukrayna dronları internet bağlantısını itirib. Nəticədə ordu bəzi dronlar üzərində nəzarəti itirib, digərləri isə daha yavaş uçmağa məcbur qaldığı üçün daha həssas hədəfə çevrilib.
Xəbərə görə, ABŞ prezidenti Donald Tramp çərşənbə günü "SpaceX"in baş icraçı direktoru İlon Maskla telefonla danışaraq xidmətin bərpa olunmasını xahiş edib. "The Wall Street Journal" əvvəllər Maskın Ukraynanın "Starlink"ə çıxışının məhdudlaşdırılmasını əmr etdiyini yazmışdı. Mask isə "X" platformasında Ukraynanın xidmət şərtlərini pozduğunu və sistemdən hücum dron zərbələri üçün istifadə etdiyini iddia edib.
Qeyd edək ki, həm Tramp, həm də Mask Ukrayna prezidenti Volodimir Zelenskini tənqid edib. Mask bir müddət əvvəl "Starlink" söndürülərsə, Ukrayna cəbhə xəttinin dərhal çökəcəyini bəyan etmiş, bunun hədə deyil, sadəcə fakt olduğunu vurğulamışdı.
Mənbə: TechCrunch
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





