The Verge xəbər verir ki, "Etsy" platformasında elanlarda süni intellektdən istifadəyə dair daha sərt qaydalar tətbiq edilib. Şirkət bildirib ki, bir çox alıcı hansı məhsullarda süni intellektlə yaradılmış məzmun olduğunu ayırd edə bilmir, satıcılar isə öz işlərinin aldadıcı elanlarla yanaşı görünməsindən narahatdır.
Yeni qaydalara əsasən, hər elanda məhsulun real fonda çəkilmiş, redaktə olunmamış ən azı bir fotosu olmalıdır. Bütün şəkillər alıcının əldə edəcəyi məhsulu dəqiq əks etdirməlidir. Birincidən sonrakı fotolar proqram təminatı və ya süni intellekt alətləri ilə redaktə oluna bilər, bir şərtlə ki, nəticə fiziki məhsulu düzgün təsvir etsin.

Şəkil yüklənərkən platforma onun süni intellektlə yaradıldığını aşkarlasa, satıcıya bunu qeyd etmək üçün pəncərə göstəriləcək. Alıcı aldığı məhsulun elandakından əhəmiyyətli dərəcədə fərqli olduğunu bildirərsə, satıcı pulu geri qaytarmalı ola bilər.
Naxış, resept və təlimat kimi bələdçilər satanlar üçün də tələblər müəyyən edilib: məzmun satıcının öz işi olmalı, süni intellektlə yaradılmamalıdır. Satıcılar bələdçi əsasında əldə edilmiş real nəticəni göstərməlidir. Bundan əlavə, botlar tərəfindən yaradılan elanlar artıq qadağandır.
Qeyd edək ki, "Etsy"də süni intellektlə yaradılmış incəsənət əsərlərinin satışına icazə verilməkdə davam edir, lakin satıcı bunu açıq şəkildə bildirməlidir.
Mənbə: The Verge
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





