Tom's Hardware "Reuters"-ə istinadən xəbər verir ki, çin dilli bir haker süni intellekt agentlərindən istifadə edərək 100-dən çox tanınmış şirkətə məxsus vebsayta icazəsiz daxil olub. Agentlər əvvəlcə saytları zəif nöqtələr üçün yoxlayıb, sonra isə onlara giriş əldə edib.
Hücuma məruz qalan şirkətlər arasında kənd təsərrüfatı texnikası istehsalçısı "Deere" və mətbəx cihazları ilə tanınan "SharkNinja" da var.
Hücumlarda açıq mənbəli, süni intellektə əsaslanan problem həlli platforması olan "Carin"-dən istifadə olunub. Bildirilir ki, bu platforma hakerlər arasında populyarlıq qazanıb.
Hakerin fəaliyyətini kibertəhlükəsizlik şirkəti "NorForge"-un aparıcı təhdid tədqiqatçısı Snorre Fagerland aşkarlayıb. O, təsadüfən internetdə açıq qalmış "Carin" nümunələrini izləyərkən bu hücumları müşahidə edib.
Qeyd edək ki, bu hadisə hakerlərin hücumlarını gücləndirmək üçün süni intellekt agentlərinə müraciət etməsinin son nümunələrindən biridir. Mütəxəssislər belə alətlərin kiberhücumların miqyasını və sürətini artırdığını vurğulayırlar.
Mənbə: Tom's Hardware
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





