9to5Mac xəbər verir ki, "Apple"ın baş icraçı direktoru Con Ternus "TIME" jurnalına verdiyi müsahibədə şirkətin dizayn komandaları ilə əməkdaşlığından danışıb. Müsahibədən bəzi sitatlar keçən həftə yayılmışdı, indi isə tam video dərc olunub.
Ternus mexanika mühəndisi olduğunu və məhsul dizayneri kimi "Apple"da işə başladığı gündən sənaye dizaynerləri ilə yaxından çalışdığını bildirib. Onun sözlərinə görə, şirkətin fərqli cəhəti dizaynın hər şeyin mərkəzində olmasıdır: "Dizayn bizim üçün hər şey deməkdir".

Rəhbər həm proqram təminatı, həm də aparat üzrə dizaynerlərin mühəndisliyi yaxşı başa düşdüyünü, mühəndislərin isə dizayna dərin hörmət bəslədiyini vurğulayıb. Ternus qeyd edib ki, şirkətdə dizaynerin eskiz çəkib onu mühəndislərə ötürməsi kimi yanaşma yoxdur, komandalar ilk gündən birgə işləyir.
Qeyd edək ki, Con Ternus keçən ay rəsmi olaraq "Apple"ın baş icraçı direktoru vəzifəsinə keçib. Mətbuatda yer alan məlumatlara görə, o, vaxtının böyük hissəsini şirkətin dizayn komandaları ilə birbaşa işləməyə ayırır. Müsahibədə Ternus bunu açıq şəkildə təsdiqləməsə də, dizaynerlərlə həmişə yaxın əməkdaşlıq etdiyini xatırladıb.
Mənbə: 9to5Mac
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





