Engadget "Axios" nəşrinə istinadən xəbər verir ki, üçüncü tərəf süni intellekt agentləri ABŞ-də istifadəçilərin bank hesablarına icazəsiz daxil olur. Bir neçə bankdakı adı açıqlanmayan mənbələrin sözlərinə görə, bu agentlərin bəziləri istifadəçinin göstərişindən asılı olmayan hərəkətlər də edir.
Bankların izlədiyi fəaliyyətə əsasən, agentlər xüsusi icazə almadan zəng mərkəzləri ilə əlaqə saxlamaq kimi addımlar atıb. Bu səbəbdən "Morgan Stanley", "Bank of America", "JPMorgan" və "Wells Fargo" kimi qurumlar riskləri məhdudlaşdırmaq üçün təcili dəyişikliklər edib. Bəziləri üçüncü tərəf agentlərinin platformalarına girişini bloklayıb, digərləri isə agentlərə yalnız məlumatları görmək imkanı verməyə çalışır.
"Chase" bankının nümayəndəsi müştərilərə istifadəçi adı və şifrələrini heç kimə, o cümlədən süni intellekt agentlərinə verməməyi tövsiyə edib. Bankın baş icraçı direktoru Ceymi Daymon da bu yaxınlarda maliyyə platformalarında minlərlə nəzarətsiz agentin fəaliyyət göstərə biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, agent səhv əməliyyat aparsa, istifadəçinin pulunu geri qaytarması çətin olacaq. ABŞ-ın Elektron Vəsait Köçürmələri Aktı kimi qanunlara görə, hesaba girişin agentə könüllü verilməsi istifadəçinin öz qərarı sayılır və banklar bu halda kompensasiya ödəməyə borclu deyil.
Mənbə: Engadget
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər




