# Polis rəisi şirkət cavab vermədiyi üçün "Flock" kameralarını şəxsən söndürüb

> Plymouth şəhəri müqaviləni ləğv etsə də, şirkət kameraları sökməyə tələsməyib. Nəticədə polis rəisi onların elektrik kabelini ayırıb.

- Mənbə: [INPUT.AZ](https://input.az)
- URL: https://input.az/xeberler/polis-reisi-sirket-cavab-vermediyi-ucun-flock-kameralarini-sexsen-sondurub
- Dərc olunub: 1 noyabr 2026, 18:20 (Bakı)
- Bölmə: Xəbərlər
- Teqlər: Məxfilik, Müşahidə kameraları, Flock
- Mənbə: [Tom's Hardware](https://tomshardware.com/tech-industry/big-tech/police-chief-physically-unplugs-flock-cameras-after-the-company-ignores-contract-cancellation-city-takes-matters-into-its-own-hands-amid-privacy-controversies)

![Polis rəisi şirkət cavab vermədiyi üçün "Flock" kameralarını şəxsən söndürüb](https://inputaz.s3.eu-central-1.amazonaws.com/media/1668ec93c61bd428-1600x900.webp)
_Tom's Hardware_

Tom's Hardware "The Drive" nəşrinə istinadən xəbər verir ki, Plymouth şəhərinin polis rəisi Erik Fadden "Flock" şirkətinə məxsus müşahidə kameralarını şəxsən elektrikdən ayırıb. Bu addım şirkətin müqavilənin ləğvi ilə bağlı tələblərə cavab verməməsindən sonra atılıb.

Məlumata görə, Plymouth Şəhər Şurası 2026-cı ilin sentyabrında yekdilliklə "Flock" ilə müqaviləyə xitam verilməsinə səs verib. Şəhər rəhbərliyi qərar barədə şirkətə dərhal məlumat verib və şəhər ərazisində quraşdırılmış kameraların sökülməsini tələb edib.

Lakin bir həftə keçməsinə baxmayaraq, şirkətdən heç bir cavab gəlməyib. Bundan sonra polis rəisi məsələni şəhərin öz imkanları ilə həll etmək qərarına gəlib və kameraların işləməməsini təmin etmək üçün onların elektrik kabellərini fiziki olaraq ayırıb.

Qeyd edək ki, "Flock" şirkətinin kameraları son dövrdə məxfilik ilə bağlı mübahisələrin mərkəzində olub. Şəhərdə quraşdırılan bu cihazlar ictimai yerlərdə müşahidə aparır və onların istifadəsi bir sıra icmalarda şəxsi məlumatların qorunması baxımından narahatlıq doğurub.
